Əsgər Abdullayev: Qırmızı vərəqədən sonra oyunumuz alınmadı
15.10.2011 - 16:55
Əsgər Abdullayev: Qırmızı vərəqədən sonra oyunumuz alınmadı
“Oyuna yaxşı başladıq”. Apasport.az saytının məlumatına görə, bunu “Turan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.

Tovuz təmsilçisinin Premyer Liqanın IX turunda AZAL-la keçirdiyi qarşılaşma qolsuz heç-heç (0:0) ilə başa çatıb. Abdullayevin sözlərinə görə, matça yaxşı başlasalar da, sonradan planları pozulub: “Qırmızı vərəqədən sonra oyunumuz alınmadı. Komandamızın azlıqda qalması oyunumuza təsir etdi”.

Qeyd edək ki, “Turan”ın heyətində Giorgi Beriaşvili ilk hissənin başa çatmasına 1 dəqiqə qalmış meydandan qovulub.