Türkiyəli məşqçi: Azərbaycan yığmasının nə istədiyi bəlli deyildi
15.10.2011 - 23:12
Türkiyəli məşqçi: Azərbaycan yığmasının nə istədiyi bəlli deyildi
“Türkiyə və Azərbaycan arasında keçirilən görüşü canlı izlədim. Hər iki komandanın meydança nə etmək istədiyi bəlli deyildi. Həmin görüş həyatımda izlədiyim ən pis oyunlardan biri idi. Burak Yılmazın qolundan sonra stadionu tərk etdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun türkiyəli məşqçisi Mehmet Ak deyib.

“Neftçi”də uşaq futboluna rəhbərlik edən mütəxəssisin fikrincə, Türkiyə və Azərbaycan futbolu Avropadan çox uzaqdadır: “Türkiyə yığması sərgilədiyi bu futbolla pley-off mərhələsinin oyunlarında ciddi çətinliklərlə üzləşəcək. Azərbaycan milli komandasının isə məncə, psixoloji baxımından bir yeniliyə ehtiyacı var. “Türk Telekom Arenada”kı oyun sübut etdi ki, Türkiyə və Azərbaycan futbolu Avropadan çox geri qalır.