Amit Quluzadə darmadağın gördü
15.10.2011 - 20:26
Həmyerlimiz Amit Quluzadənin şərəfini qoruduğu "Kayseri Erciyesspor" Bank Asya liqasında növbəti görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Kayseri təmsilçisi bu dəfə doğma meydanda "Çaykur Rizespor"la qarşılaşıb.
9 xalla 5-ci pillədə qərarlaşan "Kayseri Erciyesspor" klubu liderdən cəmi 2 xal geri qalırdı. İlk dəqiqələrdən hücuma atılan meydan sahibləri istəklərinə hissənin sonlarında nail olurlar. Matçın 41-ci dəqiqəsində Gökhan oyunda hesabı açıb.
Digər qollar isə müvafiq olaraq Gökhan (66), Kemal (89) və Alicandan (90) gəlib. Yekunda rəqibini 4:0 hesabı ilə darmadağın edən "Kayseri Erciyesspor" 12 xalla müvəqqəti də olsa, turnir cədvəlinin zirvəsinə qalxıb.
Qeyd edək ki, komandanın baş məşqçisi Fikrət Yılmaz Amiti start heyətində meydana buraxıb. Lakin həmyerlimiz matçın 79-cu dəqiqəsində Cemal Taşlı ilə əvəzlənib.

0
0