Vaqif Cavadov “Volqa”ya da lazım olmadı
15.10.2011 - 20:41
Vaqif Cavadov “Volqa”ya da lazım olmadı
Azərbaycan millisindən imtina edən Vaqif Cavadovun formasını geyindiyi “Volqa” klubu Rusiya Premyer Liqasında növbəti görüşünə çıxıb. Apasport.az saytının xəbərinə görə, Nijni Novqorod təmsilçisi XXVII tur çərçivəsində Samarada "Krılya Sovetov"un qonağı olub. Qolsuz bərabərliklə başa çatan görüşdə Cavadov meydana çıxmayıb. Ümumiyyətlə, onun adı ilk “18liy”ə salınmayıb.