“Xəzər Lənkəran”ın sabiq futbolçusu “Blekbern”də - FOTO
27.10.2011 - 10:58
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Oktay Dərəlioğlu İngiltərənin “Blekbern” komandasında çalışacaq. Lent.az-ın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, Dərəlioğlu Premyer Liqa təmsilçisinin düşərgəsində Türkiyə “Qalatasaray”ında matçların analizini aparan Tuqay Kərimoğlu ilə birgə işləyəcək.
Kərimoğlu 2001 - 2009-cu ullərdə “Blekbern”in futbolçusu olub. O, 1987 – 1999-cu illərdə çıxış etdiyi “Qalatasaray”dakı hazırkı vəzifəsindən səlahiyyətlərinin azaldılması səbəbindən ayrılmaq niyyətindədir. İngiltərə klubunda ona əvəzedici heyət məşqçiliyi təklif olunub. “Blekbern” rəsmiləri ilə 2 dəfə görüşən Tuqay bu vəzifədə işləməyə razılıq verib. O, Dərəlioğlunu da özü ilə aparacaq.
Qeyd edək ki, Oktay Dərəlioğlu “Xəzər Lənkəran”da 2004-2005-ci il mövsümündə çıxış edib və 18 qol vurub.

0
0