“Araz” 2-ci pillədə qaldı
21.11.2011 - 10:08
Futzal üzrə UEFA kubokunun elit mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, B qrupunda çıxış edən Naxçıvanın “Araz” klubu yarışı 2-ci pillədə başa vurub. Təmsilçimizin 2-ci olması qrupun son oyununda rəsmiləşib. “Araz”ı məğlub edən “Era-Park Xrudim” təmsilçimizə “boyun əyən” “Eyndhoven” qarşısında acız qalıb – 0:3. Bu isə “Araz”ın 2-ci olmasına kifayət edib.
20 noyabr
“Araz” – “Barselona” – 2:2
“Eyndhoven” - “Era Park Xrudim” – 3:0
Qeyd edək ki, yalnız qrup qaliblərinin yüksəldiyi final mərhələsinə “Barselona” ilə yanaşı “Marka” (İtaliya), “Sportinq” (Portuqaliya) və “Dinamo” (Moskva, Rusiya) həlledici qarşılaşmalarda iştirak edəcək.
20 noyabr
“Araz” – “Barselona” – 2:2
“Eyndhoven” - “Era Park Xrudim” – 3:0
| 1 | Barselona | 3 | 2 | 1 | 0 | 12-2 | 7 |
|---|---|---|---|---|---|---|---|
| 3 | Araz | 3 | 1 | 1 | 1 | 10-9 | 4 |
| 4 | Eyndhoven | 3 | 1 | 0 | 2 | 6-9 | 3 |
| 2 | Era-Park Xrudim | 3 | 1 | 0 | 2 | 4-12 | 3 |

0
0