“Valensiya”dan 7 qol, “Milan” və “Çelsi” uduzdu
24.11.2011 - 01:35
“Valensiya”dan 7 qol, “Milan” və “Çelsi” uduzdu
Bu gün Çempionlar Liqasında (ÇL) V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, günün mərkəzi oyununda azarkeşlər əsl futbol şousu izləyib. Bu matçadək 1/8 finala çıxan “Milan”la “Barselona” açıq oyun nümayiş etdiriblər və azarkeşlər meydandakı mübarizədən böyük zövq alıb. “Milan” hesabda 3 dəfə geri düşdüyü oyunda 2 dəfə tarazlığı bərpa etsə də, sonuncuya gücü çatmayıb. Bununla da səfərdə qalib gələn “Barsa” sona 1 tur qalmış qrup liderliyini də təmin edib.

2-ci oyun günündə “Bayer”, “Arsenal” və APOEL 1/8 finala vəsiqə qazanıb. “Çelsi” Almaniyadakı oyunun son dəqiqəsində buraxdığı qolla cari mövsümdə ilk məğlubiyyətini alıb. Premyer Liqada da məğlubiyyətləri sıralayan londonlular 1/8 finala çıxmaq üçün son turda evdə “Valensiya”ya qalib gəlməlidir. Əks təqdirdə “Mançester Yunayted” kimi “Çelsi” də ÇL-də çıxışını başa vura bilər. Bu qrupda “Valensiya” “Genk”lə ev oyununda qazandığı 7:0 hesablı qələbə ilə diqqət çəkdi və günün ən məhsuldar görüşü oldu.

ÇL-də APOEL fırtınası davam edir. Qrup liderliyini qoruyan Kipr təmsilçisi “Zenit”lə səfər oyununda da uduzmadı. Komandanın son turda autsayder, Avroliqaya da çıxmayaraq, qrup sonuncu olan “Şaxtyor”u qəbul edəcəyini nəzərə alsaq, qrup mərhələsini məğlubiyyətsiz başa vuracağı real görünür. İstənilən halda, APOEL artıq 1/8 finala vəsiqə qazanıb və 2-ci yeri kimin tutacağı “Porto” ilə “Zenit”in Portuqaliyadakı maraqlı görüşündə müəyyənləşəcək.

“Marsel”in autsayder “Oİlimpiakos”a uduzmağı günün ən sensasiyalı nəticəsi oldu. Nəticədə fransızlar son tura kimi 1/8 finala çıxmaq vəzifəsini yerinə yetirə bilmədilər. İndi bu qrupda 2-ci yerin sahibi “Borussiya” ilə “Marsel”in Dortmundakı görüşündə bilinəcək.

22 noyabr

A qrupu


“Bavariya” – “Vilyarreal” - 3:1
Riberi, 2; 69; Qomes, 23 - de Quzman, 50
“Napoli” – “Mançester Siti” - 2:1
Kevani, 19; 49 - Balotelli, 33

“Bavariya”541011-413
“Napoli”52218-68
M.S.52127-67
“Vilyarreal”50052-120


B qrupu


MOİK - “Lill” - 0:2
Berezutski, 49 (avtoqol); Soy, 64
“Trabzonspor” – “İnter” - 1:1
Altıntop, 23 - Alvares, 18

“İnter”53117-510
“Trabzonspor”51313-56
“Lill”51226-65
MOİK51227-75


C qrupu


“Mançester Yunayted” – “Benfika” - 2:2
Berbatov, 30; Fletçer, 59 - Cons, 3 (avtoqol); Aymar, 61
“Otselul” – “Bazel” - 2:3
Curcu, 75; Antal, 81 - F. Fray, 10; A. Fray, 14; Ştreller, 37

“Benfika”52307-49
M.Y.523010-69
“Bazel”52219-98
“Otselul”50053-100


D qrupu


“Lion” – “Ayaks” - 0:0
“Real” - “Dinamo” - 6:2
Benzema, 2; 66; Kalexon, 6; 49; İquain, 9; Özil, 20 - Beçiray, 81; Tomeçak, 90

“Real”550015-215
“Ayaks”52216-38
“Lion”51222-55
“Dinamo”50052-150


23 noyabr

E qrupu


“Bayer” – “Çelsi” – 2:1
Eren Derdiyok , 73, Friedrix, 90 - Droqba, 49
“Valensiya” – “Genk” – 7:0
Jonas, 10, Soldado, 13, 36, 40, Hernandez, 68, Aduriz, 70, Kosta, 81

1.“Bayer” 53029
2.“Çelsi” 52218
3.“Valensiya”52218
4.“Genk”50232


F qrupu


“Arsenal” – “Borussiya” – 2:1
Van Persi, 49, 86 - Kaqava 90+1
“Marsel” – “Olimpiakos” – 0:1
Fetfatzidis, 82

1.“Arsenal”532011
2.“Marsel”52127
3.“Olimpiakos” 52036
4.“Borussiya”.D51134


G qrupu


“Zenit” – APOEL – 0:0
“Şaxtyor” - “Porto” – 0:2
Hulk, 80, Rodriqez, 90

1.APOEL52309
2.“Zenit”52218
3.“Porto”52127
4.“Şaxtyor”50232


H qrupu


BATE – “Viktoriya” – 0:1
Bakoş, 42
“Milan” – “Barselona” – 2:3
Van Bommel, 14 (avtoqol), İbrahimoviç, 20, Boatenq, 54 - Messi, 31 (pen), Xavi, 63

1.“Barselona”541013
2.“Milan”52218
3."Viktoriya"  51134
4.BATE 50232


0