“Bəzi insanlardansa, çaqqala baxmaq yaxşıdır”
23.11.2011 - 14:00
“Kəpəz” klubunun sabiq məşqçisi Vidadi Rzayevin apasport.az saytına müsahibəsi
- Baş məşqçi Mehman Allahverdiyevin gedişi gözlənilməz oldu. Bunu nə ilə əlaqələndirərdiniz?
- Niyə gözlənilməz oldu ki? Komanda 8 oyundur qələbə qazanmır, nəticə yoxdur. Bu səbəbdən nəsə dəyişiklik olmalı idi. Mehman da getməyə üstünlük verdi.
- Mehman bəy istefa verdikdən sonra onunla söhbətiniz olub?
- AZAL-la oyundan sonra, Gəncəyə qayıdanda klubdaxili iclas keçirildi. Oradakı söhbətdən xəbərim yoxdur. Çünki iclas zamanı mən getmişdim.
- Komandadan, yoxsa?
- Həmin gün saat 4-də məşqimiz vardı. Ancaq mən evdəki problemə görə tez gedəsi oldum. Atamın səhhətində problem yaranmışdı. Bu gün isə yas mərasimi var, orda Mehman müəllimlə orada görüşəcəyəm.
- “Kəpəz”ə Allahverdiyevlə birgə gəlmişdiniz. O, istefa verdiyi üçün siz də getməyə üstünlük verdiniz?
- Əlbəttə. Hər baş məşqçinin öz komandası var. Mehman müəllim istefa veribsə, mən də getməli idim.
- Ancaq elə məşqçilərimiz var ki, fərqli addım atırlar...
- Mən bunu düzgün saymıram. Yeni baş məşqçi gəlir, bilmirsən, necə olacaq. Məşqçilik karyeramda 5 ay “Karvan”da baş məşqçi Təbriz Həsənovun, sonradan “Qəbələ”də 1-2 il Ramiz Məmmədovun köməkçisi oldum. Bu il isə Mehman müəllimlə birgə işlədim. Hamısı ilə çörək kəsmişəm. Onlar getsin, mən qalım? Əlbəttə, bir müddət keçər, sənə bir komandadan təklif gələr, gedib başqa məşqçi ilə işləmək olar. Bu, başqa şeydir.
- “Kəpəz”in yeni baş məşqçisi Mirbağır İsayevlə tanışsınız, bir yerdə futbol oynamısız. Ondan təklif gözləyirsiniz?
- Mirbağır elə oğlandır ki, mənə qalmağı, bir yerdə işləməyi təklif edə bilər. Mənim xasiyyətimi bilir. Bir-birimizi yaxşı tanıyırıq. Ancaq Allahverdiyevin gedişindən sonra mənim qalmağım düzgün deyil.
- Komandanız cari mövsümə yaxşı başlasa da, sonradan uğursuz çıxış etdi. Bu, heyətlə bağlı idi, yoxsa başqa problem vardı?
- Problem heyətlə bağlı deyildi. İlk 6 turu yaxşı oynadıq, 3-cü yerə qalxmışdıq. Ancaq komanda sonrakı 7 görüşdə zəif çıxış etdi. Bu, niyə belə oldu?
- Futbolçulardan bilərəkdən zəif oynamalarından şübhələnirsiniz? Bəlkə məşqçiləri istəmədiklərindən belə edirdilər?
- Şübhə yoxdur. Bu, elə şeydir ki, onu sübut edə, futbolçunun daxilində nə düşündüyü bilə bilməzsən. Sadəcə, fikirləşirsən ki, mövsümə yaxşı başlayan komanda niyə belə çıxış etsin, 8 oyundur qalib gələ bilməsin? Deməli, nəsə vardı.
- Sizcə, nə?
- Bunu dəqiq deyə bilmərəm. Əgər nəsə vardısa, Allahları bilər, özləri bilər.
- İlk vaxtlar bütün oyunlarda qol vururdunuz...
- 13-14 qol vurmuşduq. Ancaq sonradan 3 oyuna 1 qol vurduq. Bu, necə ola bilər? Mövsümün əvvəlində hamı “Kəpəz”dən danışırdı. Deyirdilər ki, az büdcə ilə belə yaxşı oynayır.
- Komandada maddi problem vardı?
- Bu baxımdan heç bir problem yox idi. Futbolçular maaşlarını, mükafatlarını vaxtında alırdılar. Uzağı 1 həftə gecikərdi. Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyevə minnətdarıq ki, kluba diqqət göstərirdi. Mən futbolçuların bilərəkdən zəif oynadıqlarını iddia edə bilmərəm. Bunun belə olduğunu desəm, yalançı çıxaram. Hesab edirəm ki, zəif çıxışımızın səbəbi heyətlə bağlı problemə görə deyildi. Həmin heyət idi ki, 6 oyundan sonra 3-cü yerə qalxmışdı.
- Klub prezidenti Elmir Əliyevlə münasibətləriniz necə idi?
- Yaxşı. Onun yanında cəmi 5-6 dəfə olmuşam. Onda da Mehman müəllimlə otağına getmişik. Bu da futbolla bağlı idi, komandada nə çatışmadığını deyirdik. Başqa heç nə.
- “Bakı” ilə oyunöncəsi Ceyhun Sultanovla aranızda insident olmuşdu. Bu, nə ilə bağlı idi?
- Ceyhun məşqdə fitdən sonra topa zərbə vurmuş, o da başıma dəymişdi. Mən də hirslənib, “deməmişəmmi, topa fitdən sonra zərbə vurmayın” söylədim. Yəni, kiçik problem idi, məşq, iş prosesində belə şeylər olur. Bunlar başqa klublarımızda da olub. Bundan sonra “Bakı”ya 1:3, ardından AZAL-a 0:2 hesabı ilə uduzduq. Əvvəl bir, sonra başqa insident oldu. Ancaq uğursuz çıxışımızın səbəbini məhz bununla bağlamaq düzgün deyil. Demək olmaz ki, məhz mənə, Ceyhunla məşqdə aramızdakı söhbətə görə komanda belə çıxış edirdi.
- Təbii ki, əsas problemi bununla əlaqələndirmirik. Sadəcə, klub daxili ab-havanın yaxşı olmamağı da nəticəyə təsir edir...
- Komanda daxili ab-hava baxımından ciddi problem yox idi.
- Elmir Əliyev hər ikinizi yanına çağırıb, insidenti araşdıracağını demişdi...
- Onun yanında olduq, məsələni aydınlaşdırdıq, bir-birimizdən üzr istədik. Bununla da söhbət qapandı. Ancaq bunu şişirdib, “Kəpəz”in çıxışına calamaq olmaz.
- Bundan sonra məşqçilik karyeranızı necə görürsünüz? Yaxın müddətdə təklif gözləyirsiniz?
- Məşqçi daim bir yerdə işləyə bilməz ki... Mən məşqçi həyatını əşyaları yığılan çemodana bənzədirəm. Hara getdin, yanında olur. Elə ola bilər ki, heç çemodanı açmamış gedə bilərsən. Yəni, belə şeylərə hazır olmalısan. 23 ildir futboldayam, topun dalınca qaçırıq. Təklif olacaqsa, işləyəcəyik.
- Yəqin ki, iş olmasa ovçuluq edəcəksiniz...
- (gülür) Elədir. Elə indi Göy-Göldəyəm. Ovçuluq başqa bir aləmdir. Sizə bir şeyə demək istəyirəm, ancaq...
- Buyurun.
- Təbiət əsl gözəllikdir, seyr edirsən, görürsən çaqqallar, tülkülər gedir. Öz-özünə deyirsən ki, bəzi insanlardansa, elə çaqqala baxmaq yaxşıdır.
- Kimləri nəzərdə tutursunuz?
- Dediklərimi səhv başa düşməyin. Mən bunu futbola yox, həyatdakı bəzi insanlara aid edirəm.
- Sizcə, “Kəpəz” cari mövsümdə nəyə ümid edə bilər? Gənc məşqçi Mirbağır İsayevin rəhbərliyi altında hansı nəticəyə imza ata bilər?
- İlk növbədə Mirbağır müəllimə uğurlar arzulayıram. “Kəpəz”in potensialı var, yaxşı oynamağa qadirdir. Necə ki ilk 6 turda gözəl oynadıq. Komandada yaxşı futbolçular da var. “Kəpəz” daha yaxşı çıxış edə bilər.
Mehman SÜLEYMANOV

0
0