“Premyer Liqada oyun alıb-satmasan, baş çıxara bilməzsən” - FOTO
23.11.2011 - 16:37
“Şotlandiya Premyer Liqasında 1 oyunu vermək üçün 100 mindən 1 milyon dollara qədər pul kifayət edir. Özüm də oyun satmışam. Elə aldığım oyunlar da olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın “Harts” klubunun sahibi Vladimir Romanov deyib.
Litvalı milyonçu futboldakı xoşagəlməz hadisələrdən iyrənib, bu idman növündən uzaqlaşmağa qərar verib. Bu səbəbdən sahib olduğu klubu satışa çıxaran Romanov verdiyi şok açıqlama ilə Böyük Britaniyada əsl bomba partladıb: “Oyun alıb-satmasan, burda baş çıxara bilməzsən. Mən Litva futbolunda belə halla üzləşəndə, Şotlandiyaya üz tutdum. Lakin orda da, basketbol klubu aldıqda bu idman növündə də eyni halla üzləşdim. İndi belə zəmanədir, hər şeyi pul həll edir. Hər şey əvvəlcədən bölüşdürülüb. Məşqçi isə heç nə edə bilməz”.

0
0