Samir Abasov: Hər oyunda mənə ümid olmasınlar
24.11.2011 - 00:04
“Rəvan”la oyunda meydana çıxacağım hələ bilinmir. Dünən məşq etdim, ayağımda ağrıların olduğunu hiss etdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun müdafiəçisi Samir Abasov deyib.
AZAL və “Qarabağ” üzərində qazanılan qələbədən sonra “Simurq”la dueldən əliboş dönən “Sumqayıt Şəhər”in düşərgəsində zədəli futbolçuların çoxluq təşkil etməsi özünü göstərdi. Xüsusilə, müdafiədə yer alan və komandanın təcrübəli futbolçularından hesab edilən kapitanın yoxluğu aydın sezilirdi. Komandasının uğursuzluğuna üzüldüyünü deyən Abasov bütün oyunlarda meydanda olmaq istədiyini, amma zədənin buna imkan vermədiyini deyib.
O, gənc həmkarlarında bəzi məsləhətlərini də çatdırıb: “Mən də “Simurq”la oyunda komandama kömək etmək istəyirdim. Ancaq heç kim zədədən sığortalanmayıb. Bu hər bir futbolçunun başına gələ bilər. Hər oyunda mənə ümid olmasınlar. Gənclərin özlərinə inamı olmalıdır. Hər zaman yanlarında təcrübəli futbolçular olmayacaq ki”.
Həftəsonu “Rəvan”la keçiriləcək görüşə də toxunan təcrübəli futbolçu artıq sabit nəticələr qazanmağın zamanı yetişdiyini deyib. O, qeyri-sabit oyun və nəticənin komanda üçün yaxşı heç nə vəd etmədiyini vurğulayıb: “1-2 oyun udub, sonra yenidən uduzmaq yaxşı deyil. Onda nə komanda oldu ki? İnanıram ki, “Rəvan”la oyunda uşaqlar meydana özlərinə inanaraq çıxacaqlar və doğma meydan amilindən faydalanacaqlar”.

0
0