“Xəzər Lənkəran” BFF-yə şikayət etdi
23.11.2011 - 18:09
“Xəzər Lənkəran” rəhbərliyi yayda transfer etdikləri legioneri Rikardo Qomeşlə bağlı Braziliya Futbol Konfederasiyasına (BFF) rəsmi müraciət ediblər. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Nadirov hələ də düşərgəyə qayıtmayan braziliyalı yarımmüdafiəçi ilə bağlı BFF-yə şikayət etdiklərini bildirib: “Biz öncə AFFA-nı məlumatlandırdıq. Bu proses mərhələ-mərhələ olan işdir. Qomeş atasının vəfatını əsas gətirərək, icazə almışdı. Ancaq hələ də qayıtmayıb. Onun özü ilə əlaqəmiz olmayıb. Məşqçimiz meneceri ilə danışıb. O da futbolçunu tapıb, gətirəcəyini deyib. Ancaq indiyədək xəbər-ətər yoxdur. Biz də Braziliya Futbol Konfederasiyasına şikayət etmişik. Onlar Rikardonun komandamıza qaytarmaqda yardımçı ola bilərlər. Cavab gözləyirik. Əgər Braziliyadan müsbət cavab almasaq, son instansiya kimi FİFA-ya şikayət edəcəyik”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın mövsümlərarası fasilədən transfer etdiyi Rikardo ardıcıl əvəzlənmədən 8 oyun keçirib, 1 qol vurub, 3 sarı vərəqə alıb. 30 yaşlı legioner sonuncu dəfə VIII turda “İnter”ə səfərdə uduzduqları oyunda (0:1) meydana çıxıb. Lənkəranlıların cari mövsüm ilk məğlub olduğun həmin matç sentyabrın 30-da keçirilib.
Mehman SÜLEYMANOV

0
0