Bahodir Nasimovun komanda yoldaşı ilin futbolçusu seçildi
24.11.2011 - 09:49
2011-ci ildə Asiyanın ən yaxşı futbolçusunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Özbəkistan yığmasının kapitanı Sərvər Ceparov bu ilə qitəsinin ən yaxşı futbolçusu seçilib. Səudiyyə Ərəbistanın “Əl-Şabab” klubunun 29 yaşlı yarımmüdafiəçisi səsvermədə rəqibləri – Sindzi Kaqava, Keysuke Honda (hər ikisi Yaponiya), Ku Ca-Çxol, Em Ki-Xun (hər ikisi Cənubi Koreya), Hadiq Aqilini (İran) qabaqlayıb. Ceparov artıq 2-ci dəfədir bu mükafatı qazanır. O, ilk dəfə 2008-ci ildə buna nail olmuşdu. Ceparovun lideri olduğu yığma bu il Asiya kubokunda 4-cü yeri tutub.
Qeyd edək ki, Premyer Liqamızın bombardiri olan “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimov Sərvərlə yığmada komanda yoldaşıdır.
Qeyd edək ki, Premyer Liqamızın bombardiri olan “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimov Sərvərlə yığmada komanda yoldaşıdır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0