Azərbaycan prezidenti DÇ-nin ekspozisiyası ilə tanış olub
24.11.2011 - 10:19
Noyabrın 23-də Bakı Sərgi Mərkəzində "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılıb. Apasport.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2012-ci ildə respublikamızda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatına hazırlıq işlərinin gedişi barədə geniş məlumat verilib.
Dövlətimizin başçısına dünya çempionatına biletlərin onlayn qaydada satışı sistemi nümayiş etdirilib. Qeyd olunub ki, istənilən xarici vətəndaş bu sistem vasitəsilə ölkəmizdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet əldə edə bilər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə salıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0