Rekordun 1 addımlığında
24.11.2011 - 10:26
Rekordun 1 addımlığında
Çempionlar Liqasının qrup mərhələsinin V turu 1 matçda 7 qolun vurulması ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, Belçikanın “Genk” komandasını 7:0 hesabı ilə darmadağın edən İspaniya “Valensiya” yarışın tarixində ən böyük hesablı nəticələrdən birini qazanıb. Sonuncu qolunu 82-ci dəqiqədə vuran ispaniyalılar Çempionlar Liqası tarixinin rekordunu təkrarlamaq üçün lazım olan növbəti qolu vura bilməyib.

Qeyd edək ki, turnirin ümumilikdə ən böyük hesabı 8:0-dır. Buna Türkiyənin “Beşiktaş” klubunu darmadağın edən İngiltərə “Liverpul”u nail olub.

Ən böyük hesablı qələbələr

8:0 – “Liverpul” (İngiltərə) – “Beşiktaş” (Türkiyə) (2007/08)
7:0 – “Yuventus” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) (2003/04)
7:0 – “Arsenal” (İngiltərə) – “Slaviya” (Çexiya) (2007/08)
0:7 – “Jilina” (Slovakiya) - "Marsel" (Fransa) (2010/11)
7:0 – “Valensiya” (İspaniya) – “Genk” (Belçika) (2011/12)
7:1 – “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) (2006/07)
7:1 – “Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya) (2008/09)