Qalmaqallı oyunda Türkiyə bayrağı yandırıldı
24.11.2011 - 10:44
Qalmaqallı oyunda Türkiyə bayrağı yandırıldı
Çempionlar Liqasının V turunda “Zenit” (Rusiya) – APOEL (Kipr) oyununda xoşagəlməz olay yaşanıb. Apasport.az saytının məlumatına görə, Sankt-Peterbuqrun “Petrovski” stadionundakı qalmaqallı görüşdə yerli azarkeşlərin tüstülü fişəng meydana atdığı zaman tribunada Türkiyə bayrağı yandırılıb.

Bununla, “Zenit”in fanatları kiprli həmkarlarına dini birliyi nümayiş etdiriblər. Piterli azarkeşlər bundan əvvəl “Kipr – bu, “Yunanıstandır!” bannerini asıblar.

Qeyd edək ki, qolsuz bərabərliklə nəticələnən matç 2 dəfə meydanı tüstü bürüdüyünə görə dayandırılıb. Baş hakim 2-ci hissənin əvvəlində ümumiyyətlə, komandaları meydandan çıxarıb. Nəticədə 10 dəqiqəyə yaxın oyun olmayıb və tüstü tam çəkiləndən sonra matç davam etdirilib.
0