Derbilərlə bol tur: “Neftçi” revanşa getdi, İsayev debütə hazırlaşır
24.11.2011 - 12:28
Derbilərlə bol tur: “Neftçi” revanşa getdi, İsayev debütə hazırlaşır
Sabah Premyer Liqada XIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, oyunlar bu dəfə cümə və şənbə günləri bərabər sayda keçiriləcək. Tur maraqlı, derbilərlə zəngin olacaq. 6 matçın hamısında diqqəti çəkən məqamlar var.

Sözsüz ki, turun mərkəzi qarşılaşması Ağdamda baş tutacaq. Milli çempionatın daim iştirakçıları “Qarabağ”la “Neftçi”ın simasında növbəti tarixi derbini izləyə biləcəyik. Bu komandalar arasındakı oyunlar həmişə gərgin mübarizə şəraitində keçirib. Son matç istisna olmadı və “Neftçi” əzmkar qələbə ilə yadda qaldı. Fasiləyə 2:0 hesabda irəlidə yollanan “Qarabağ” 2-ci hissədə buraxdığı 3 qolla uduzdu.

“Neftçi” üçünsə Ağdama son səfər uğursuz alındı. Belə ki, həmin vaxt çempionluğu təmin edən komanda əzəli rəqibinə böyük hesabla uduzdu. Bu mənada ağdamlılar qarşıdakı görüşdə ilk dövrədəki, bakılılar isə Quzanlıdakı son məğlubiyyətin revanşını çıxmağa çalışacaq. Lider “Xəzər Lənkəran”ı izləyən “Neftçi” ona çatmağa, “Qarabağ” isə xal fərqini daha da azaldıb, uzaq düşməməyə çalışır.

Digər maraqlı görüş paytaxtda keçiriləcək. Bazasında ardıcıl 2-ci oyununa çıxacaq “Bakı”nı bu dəfə çətin sınaq gözləyir. Hər halda, “Turan” kimi “Qəbələ”ni asan məğlub etmək asan olmayacaq. Qəbələlilər ingilis sabiq baş məşqçisi Toni Adamsın rəhbərliyi altında cari mövsümdə ilk oyunda “Bakı” ilə qolsuz bərabərliyə qaldı. İndi komanda nə Adams, nə də kapitanı Mahir Şükürovun xidmətindən istifadə edə bilir. Məlum olduğu kimi, istefa verən ingilis çalışdırıcını türkiyəli köməkçisi Fatih Kavlak əvəzləyib. Mahir Şükürov isə dopinq qalmaqalına görə hələlik rəsmi oyunda iştirak edə bilməz.

“İnter”lə AZAL-ın Bakı derbisini təşkil edəcəklər. Paytaxt təmsilçiləri arasında prinsipiallıq ötən mövsüm yarandı. Belə ki, AZAL həmşəhərlilərinə 5:0 hesabı ilə qalib gəlməklə, gözlənilməz nəticəyə imza atdı. İndi “İnter” tarixində həmin ən böyük hesablı məğlubiyyəti aldığı “Şəfa” stadionunda qalib gəlib, liderlər qrupunda yerini qorumalıdır.

“Neftçi” ilə “İnter” “Xəzər Lənkəran”ın büdrəməyini gözləsələr də, ötən tur bundan yararlana bilmədilər. Çünki lənkəranlıların evdə “Rəvan”la heç-heçə oynasa da, ən yaxın izləyiciləri qalib gələ bilmədiyindən liderliyini qorudu. İndi cənub təmsilçisini “Simurq”la səfər sınağı gözləyir. Əslində, “Xəzər Lənkəran” indiyə kimi heç vaxt Zaqatalada uduzmadığından, ilk baxışdan narahatçılığa əsas yoxdur. Ancaq digər tərəfdən, iddialı komandalar üçün “Simurq”la səfərdəki matçlar çox çətin alınır.

“Kəpəz”lə “Turan” Qərb derbisinin iştirakçısı olacaqlar. 90-cı illərdə bu komandalar çempionluq, mükafat uğrunda mübarizədə bir-birinə rəqib idilərsə, indi belə iddiaları yoxdur. Onlar ən yaxşı halda, “altılığ”a düşməyə çalışır və hələ ki buna nail ola bilməyib. “Turan” ciddi maliyyə probleminə görə baş məşqçisi Əsgər Abdullayevin və bir sıra aparıcı futbolçularının kənarda qalmağı ilə barışıb. Nəticədə ötən tur əvəzedici komanda ilə “Bakı”nın qarşısına çıxan tovuzlular 0:5 hesablı darmadağın aldı. Ardıcıl 2-ci səfər oyununa çıxacaq “Turan” bu dəfə baş məşqçisini dəyişən “Kəpəz” qarşısında sınaq verəcək. Mehman Allahverdiyevin istefa verməsindən sonra baş məşqçi postuna gənc Mirbağır İsayev gətirildi. Bununla da “Abşeron”u Premyer Liqaya çıxaran, ancaq I divizionunun çempionu dağıldığına görə kənarda qalan 37 çalışdırıcıya milli çempionatımızda baş məşqçi kimi debüt etmək qismət olacaq. İsayev karyerası boyu “Kəpəz”dən fərqli, rəqibinə bağlı olub. Belə ki, o, 1994-cü ildə çempion olan “Turan”da oynayıb. Tovuz klubunun “Bakı” ilə oyuna çıxaran gənc məşqçilər – Eltay Aslanovla Elxan Abdıyev həmin vaxt İsayevlə komanda yoldaşı olublar.

Sumqayıtda isə debütantların görüşü olacaq. “Sumqayıt Şəhər”lə “Rəvan” Premyer Liqada ilk mövsümlərini keçirirlər. Birincilər hələ də son pillədən yaxa qurtara bilmədiyi halda, bakılılar inamlı təsir bağışlayırlar. Özü də bu, daha çox səfər matçlarında müşahidə olunduğundan, “Sumqayıt Şəhər”i evdə “Rəvan”la çətin sınaq gözləyir.

25 noyabr

14:00. "Kəpəz" - "Turan"
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, İlham Əliyev, Ramil Əhmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 15 oyun: +8=5-2 (30-16)
1992 – 2:1, 1993 – 2:2, 1993/94 – 1:3, 1994/95 – 2:1, 1995/96 – 3:3 (təsnifat), 1996/97 – 1:0, 1997/98 – 3:0, 1998/99 – 1:1 (təsnifat), 1999/00 – 9:0, 2000/01 – 2:1, 2003/04 – 2:0, 2004/05 – 0:3, 2005/06 – 0:0, 2010/11 – 1:1 (təsnifat), 1:0 (“altılıq”)
İlk dövrədəki oyun – 1:3.

14:00 "Sumqayıt Şəhər" - "Rəvan"
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, İsgəndər Əliyev, Anar Göyçayski
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Komandalar Sumqayıtda görüşməyiblər.
İlk dövrədəki oyun – 0:0.

16:00 "Simurq" - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Zeynal Zeynalov, Teymur Fərhadov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
Zaqataladakı oyunların balansı: 5 oyun: +0=2-3 (4-8).
2006/07 – 0:1, 2007/08 – 1:1, 2008/09 – 2:2, 2009/10 – 1:2 (təsnifat), 2010/11 – 0:2 (təsnifat).
İlk dövrədəki oyun – 0:1.

26 noyabr

13:30 "Bakı" - "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu.
Bakıdakı oyunların balansı: 6 oyun: +5=1-0 (11-2).
2006/07 – 1:0, 2007/08 – 3:0, 2008/09 – 2:0, 2009/10 – 2:0 (təsnifat), 1:1 (“altılıq”), 2010/11 – 2:1 (təsnifat).
İlk dövrədəki oyun – 0:0.

14:00 "Qarabağ" - "Neftçi"
Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
”Qarabağ”ın ev oyunlarının balansı: 21 oyun: +10=6-5 (24-20)
1992 – 2:1, 1993 -, 1993/94 – 1:0, 1994/95 – 0:0, 1995/96 – 1:1 (təsnifat), 1:2 (“altılıq”), 1996/97 – 2:1, 1997/98 – 1:0, 1998/99 – 1:0 (təsnifat), 1:0 (“altılıq”), 1999/00 – 1:1, 2000/01 - 0:4, 2003/04 – 1:3, 2004/05 – 2:1, 2005/06 – 2:2, 2006/07 – 0:2, 2007/08 – 0:0, 2008/09 – 1:1, 2009/10 – 1:0 (təsnifat), 2:0 (“altılıq”), 2010/11 – 0:1 (təsnifat), 3:0 (“altılıq”).
İlk dövrədəki oyun - 2:3.

18:00 "İnter" - AZAL
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Mübariz Haşımov, Rauf Cabbarov.
Bakı. "Şəfa" stadionu.
“İnter”in ev oyunlarının balansı: 6 oyun: +2=4-0 (6-3).
2006/07 – 0:0, 2007/08 – 2:0, 2008/09 – 1:0, 2009/10 - 2:2 (təsnifat), 2010/11 – 1:1 (təsnifat), 0:0 (“altılıq”).
İlk dövrədəki oyun – 1:1.

Turnir cədvəli

 KomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1383218-1327
2İnter1374211-725
3Neftçi1381421-1025
4Bakı1364320-1122
5Qarabağ1363416-1221
6Qəbələ1353513-1618
7AZAL1344517-1616
8Simurq1343611-1315
9Rəvan1336416-1715
10Kəpəz1333716-2212
11Turan133198-2010
12Sumqayıt Şəhər132387-179


Bombardir: Bahodir Nasimov ("Neftçi") - 6 qol.