Yarımmüdafiəçilər “at oynadır”, hücumçular həsəd aparır
24.11.2011 - 13:50
Premyer Liqamızın arxada qalan 13 turunda qapılara 171 qol vurulub. Qeydə alınan 5 avtoqolu nəzərə almasaq, futbolçular rəqib qapılarına 166 dəfə yol tapıblar. Apasport.az saytı fərqlənənlərin hansı ampluada çıxış etdiklərini müəyyənləşdirib.
Cari mövsüm qol vuran 89 futbolçudan az qala yarısı yarımmüdafiəçidir. 44 orta xətt oyunçusu üst-üstə 78 qol sevinci yaşayıb.
Bu isə çempionatımızın hücumçularının ustalıq səviyyəsinin aşağı olmasını göstərir. Belə ki, Azərbaycan klublarında çıxış edən hücumçular daha az – 66 dəfə rəqib qapısına yol tapıb.
Maraqlıdır, görəsən yarımmüdafiəçi qədər qol vurmayan hücumçunun harası hücumçudur? Özü də hücumçulardan yalnız 27-si qol vura bilib. Belə getsə, müdafiəçilər də onları arxada qoyacaq. Hər halda, daha 9 arxa xətt oyunçusunun fərqlənməsi say baxımında bərabərliyə gətirib çıxaracaq. 18 müdafiəçi isə ümumilikdə 22 qol vurub.

0
0