250 milyondan Vaqif Cavadova da pay düşəcək
24.11.2011 - 14:45
250 milyondan Vaqif Cavadova da pay düşəcək
Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubunda maliyyə problemi aradan qaldırılıb. Apasport.az saytının məlumatına görə, Ümumrusiya Futbolçuların Həmkarlar İttifaqının baş direktoru Aleksandr Zotov Nijni-Novqorod təmsilçisinin hesabına 250 milyon rubl köçürüldüyü bildirib.

Bu pullar yaxın vaxtda futbolçulara veriləcək. “Volqa” futbolçulara xeyli vaxtdır borcludur və rəhbərlik köçürülən vəsaitlə Vaqif də daxil olmaqla, oyunçuların problemlərini aradan qaldıracaq.