“Real” 6 qol vurduğu qapıçıya təklif göndərdi
24.11.2011 - 15:10
“Qarşılaşma başa çatandan sonra bir nəfər yaxınlaşıb, məni yaxşı oynamağım münasibətilə təbrik etdi. Onu dərhal tanımasam da, tezliklə başa düşdüm ki, bu, “Real”ın prezidenti Florentono Peresdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun qapıçısı İvan Kelava deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”dən qol buraxmayan (3:0, 0:0) 23 yaşlı xorvatiyalı Madrid “Real”ının hədəfinə düşüb. O, qrup mərhələsinin V turunun “Real”la Madriddəki görüşündə 6 qol buraxsa da (2:6), o qədər yaxşı oynayıb ki, ispaniyalılar onu sıralarına qatmaq istəyindədir: “Ay oğlan, sən əla oynadın. Nə vaxt istəsən, gəl “Real”a. Belə təbrik və təklif isə hər gün almırsan. “Real”ın prezidenti hər qapıçını komandasına dəvət etmir”.

0
0