“Turan” qələbə ilə qayıtdı
24.11.2011 - 17:07
“Turan” qələbə ilə qayıtdı
Əvəzedici heyətlərin Azərbaycan çempionatında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün 2 matç baş tutub. Bu qarşılaşmalarda meydan sahibləri və qonaqlar hərəyə 1 qələbə qazanıblar. Ötən tur futbolçularını oyunçu tapmayan əsas komandaya ezam etdiyindən meydana çıxmayan “Turan” Qərb derbisində qalib gələ bilib – 1:0. “Simurq” isə öz meydanında autsayder “Xəzər Lənkəran”dan 3 xal alıb.

“Kəpəz” - “Turan” - 0:1
Rəşad Piriyev, 45
“Simurq” - “Xəzər Lənkəran” - 2:1
Dilqəm Əsgərov, 30; Ramil Sayadov, 34 - Mirqasım Cabbarlı, 55

 Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 13 8 3 2 33-19 27
2 "Qəbələ" 13 8 2 3 19-14 26
3 "İnter" 13 7 2 4 17-11 23
4 AZAL 13 7 2 4 25-13 23
5 "Kəpəz" 14 6 3 5 21-18 21
6 "Turan" 14 5 3 6 22-27 18
7 "Simurq" 14 4 5 5 19-27 17
8 "Qarabağ" 13 5 1 7 20-25 16
9 "Bakı" 13 5 1 7 29-27 16
10 "Sumqayıt Şəhər" 13 4 2 7 19-23 14
11 "Rəvan" 13 3 4 6 14-23 13
12 "Xəzər Lənkəran" 14 3 2 9 16-27 11
0