“Turan” nəticə çıxardı, 4 futbolçu sözünün ağası oldu
24.11.2011 - 17:29
“Turan” nəticə çıxardı, 4 futbolçu sözünün ağası oldu
“Turan” Premyer Liqanın XIV turunda “Kəpəz”lə sabahkı səfər oyununa əsas komanda ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi bu gün əvəzedicilərini çempionatda meydana çıxarmağı əsas komandanın yığışmağının göstəricisidir.

Görünür, ötən tur “Bakı” ilə səfər oyununda baş verənlər “Turan” üçün yaxşı dərs alıb. Belə ki, tovuzlular əvəzedicilərin çempionatına “Bakı” ilə matça çıxmağı üçün AFFA-nın İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyətə və 5000 manat cəriməyə məruz qaldı. Həmin vaxt əvəzedicilərini Premyer Liqada “Bakı”nın əsas komandasının qarşısına çıxaran “Turan” 0:5 hesablı məğlubiyyət aldı.

Bunlardan nəticə çıxaran Tovuz klubu əsas futbolçularını bir araya gətirib. Bunlar ilk növbədə legionerlərə aiddir. Onlara müəyyən məbləğ qarşılığında yola gətirən rəhbərlik “Kəpəz”lə Gəncədəki matçda xidmətlərindən yararlana biləcək. Komandanın baş məşqçisi Əsgər Abdullayev də hazırda Tovuzdadır və hazırlığı keçir. O, sabahkı oyunda “Turan”ı meydana çıxaracaq.

Halbuki Abdullayev “Bakı” ilə oyunu tribunadan izləmişdi. Həmin oyuna komandanı əvəzedicilərin baş məşqçisi Elxan Abdıyev çıxarmışdı və onun yanında “texniki zona”da Abdullayevin köməkçisi Eltay Aslanov yer almışdı.

Ancaq bütün bunlar o demək deyil ki, “Turan” Qərb derbisinə tam heyətlə çıxacaq. Belə ki, 4 futbolçu – Aftandil Hacıyev, Ayxan Abbasov, Nadir Nəbiyev və Camal Məmmədov hazırda tovuzluların sıralarında deyillər. Bakıda olan futbolçular sözlərinin üstündə durublar və ona borclu olan klubun düşərgəsinə qayıtmaqdan imtina ediblər.
0