Azərbaycan klublarına qarşı qalib kimi
24.11.2011 - 18:41
“Azərreyl” və “İqtisadçı” klublarının avrokuboklardakı rəqibləri “Tomis” və “Dinamo-Romprest” Rumıniya çempionatında növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, hər 2 komanda səfərdə “quru hesablı” qələbəyə sevinib.
Belə ki, noyabrın 29-da Konstantada Çempionlar Liqasının ilk turunda “Azərreyl”i qəbul edəcək “Tomis” “Arges”dən üstün olub – 25:16, 25:17, 25:17.
CEV kubokunun 1/16 finalında “İqtisadçı” ilə oynayacaq “Dinamo-Romprest” isə “Penicilina lasi”nin daşını-daş üstə qoymayıb. İlk setdə 9, ardınca 8, üçüncü hissədə isə cəmi 11 xal rəqibinə güzəştə gedən Buxarest voleybolçuları 3:0 hesabı ilə qələbə qazanıblar.
4 turdan sonra “Dinamo-Romprest” 13 xalla birinci, “Tomis” isə 6 xalla 7-ci yerdəki mövqelərini qoruyublar.
Qeyd edək ki, “İqtisadçı” da “Azərreyl” kimi ilk matçına noyabrın 29-da çıxacaq. Lakin onlar Faiq Qarayevin yetirmələrindən fərqli, birinci matçlarını Bakıda keçirəcəklər.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0