“İnter”dən ayrıldı, “Rabotniçki”yə keçdi
25.11.2011 - 00:26
Ötən mövsüm böyük ümidlərlə "İnter"ə transfer edilən Filip Despotovski özünü yaxşı tərəfdən göstərə bilmədi. Apasport.az saytının xəbərinə görə, Kaxaber Sxadadzenin istəyilə "bankirlər"in heyətinə cəlb olunan makedoniyalı futbolçu ilk vaxtlar yaxşı oynasa da, sonradan özünü göstərə bilmədi.
Ölkə çempionatının "Simurq"la səfər matçında zədələnən Despotovski uzun müddətə sıradan çıxdı. Bərpa prosesini keçdikdən sonra isə Sxadadze ondan gözləniləni ala bilmədi. Bu səbəbdən Filip mövsüm sonunda komandadan ayrıldı.
Bir ara Rusiyanın "Tom" klubuna keçidi gündəmdə olan futbolçu karyerasını öz ölkəsində davam etdirəcək. Makedoniya millisinin də üzvü olan Despotovski ölkəsinin tanınmış klublarından olan "Rabotniçki" ilə müqavilə imzalayıb.
Xatırladaq ki, 28 yaşlı futbolçu əvvəllər "OFK Beoqrad", "Bejaniya", "Maçva Sabaç" (hamısı Serbiya), "Vardar" (Makedoniya), "Vorskla" (Ukrayna), "Etnikos" (Yunanıstan) klublarının formasını geyinib.

0
0