Oyun alıb-satanların cəzası yüngülləşdirildi
25.11.2011 - 10:04
Oyun alıb-satanların cəzası yüngülləşdirildi
Türkiyə parlamentinin növbəti yığıncağında danışılmış oyunlarla bağlı qanun müzakirə olunub. Apasport.az saytının məlumatına görə, həmin qanuna dəyişiklər edilməsi məqsədəuyğun sayılıb. Bundan sonra bu cinayət üçün həbs olunanlar daha qısa müddət həbsdə qalacaq. Dəyişiklik 30-dan artıq futbolçu və futbol məmurunun cəzasının yüngülləşdirilməsinə səbəb olacaq. Cəmi 8 ay əvvəl qəbul olunan qərara əsasən futbolçuları almaq və maddi stimullaşdırmaya görə 12 ilədək həbs cəzası kəsilirdi.

Qeyd edək ki, bu dəyişikliyin hələ hökm oxunmayan “Fənərbaxça” prezidenti Əziz Yıldırımla bağlı olduğu iddia olunur. Bildirilir ki, dəyişiklik onun xeyri üçün edilib. Lakin Türkiyə idman naziri Suat Kılıc bunu təkzib edib.