Diarra Azərbaycan çempionuna qarşı oynayacaq
25.11.2011 - 10:14
Diarra Azərbaycan çempionuna qarşı oynayacaq
Çempionlar Liqasında “Rabitə” voleybol klubunun Çempionlar Liqasındakı rəqibi “Myulhaus”un heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Fransa komandası qitənin ən mötəbər yarışı üçün 15 voleybolçunu sifariş edib.

Bakı məşqçi Maqal Magail Azərbaycan və dünya çempionu “Rabitə” ilə görüşlərdə Deborah Ortsçitt, Aleksiya Cilali, Armelle Faesç, İsalin Sager Veyder, Laura Feldgiesel, Delfin Nerçer, Aminata Koulibali, Anna Ribacevski, Kama Diarra, Arsela Haka (hamısı Fransa), Anna Barnak Mariç, Tatyana Bokan (hər ikisi Çernoqoriya), Nikol Kulhaas (Hollandiya), Alina Albu (Rumıniya) və Polina Stoynevaya (Bolqarıstan) şans verəcək.

Qeyd edək ki, Stoyneva Azərbaycanın “Bakı” və “İqtisadçı” klublarında forma geyinib, sonuncu ilə 2009/2010 mövsümündə Super Liqanın bürünc medalını qazanıb.