Onu bağışlamaq olarmı?
25.11.2011 - 10:21
Onu bağışlamaq olarmı?
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda 3 məsələyə baxılıb. Onlardan ikisi Premyer Liqa klubları ilə bağlı olub.

“Xəzər Lənkəran”ın futbolçusu Şəhriyar Xəlilovu sillələyən Rəşad Abdullayevin cəzasının yüngülləşdirilməsi üçün artıq 2-ci dəfə komitəyə müraciət edən “Neftçi” bu dəfə də “yox” cavabını alıb. Futbolçuya yaraşmayan hərəkət edən yarımmüdafiəçinin bağışlanmasını istəyən bakılılar komitədən əl çəkməsə də, AFFA-da qərarından dönməyib.

Apellyasiya və Ekspert Komitəsi AZAL-ın məşqçisi İlqar Hüseynovun cəriməsinin azaldılması ilə bağlı müraciətini də geri çevirib. Belə ki, “təyyarəçilər” 5 oyunluq cəzalanan çalışdırıcı üçün ödəməli olduqları 5 min manatın azaldılmasını istəmişdi. Lakin AFFA bu qərarı da dəyişməz saxlayıb.

Futzal çempionatında keçirilən “Neftçi” İSM və “Qala” klublarının müraciəti isə müsbət cavablandırılıb. 6 oyunluq cəzalanana Rüfət Balakişiyev və Emin Kürdov cəmi 2 oyun buraxmalı olacaqlar.
0