Uğur Pamuk: “Sumqayıt Şəhər”lə il yarımlıq müqavilə bağlayacam
25.11.2011 - 12:13
“Sumqayıt Şəhər”ə keçid mənim üçün peşəkar karyeramı başlamaq baxımında gözəl imkandır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Dornberq” klubunun futbolçusu Uğur Pamuk deyib.
Türk əsilli 22 yaşlı almaniyalı futbolçu bu ilin qışında Azərbaycana transfer olunacağına münasibət bildirib. Vaxtilə Azərbaycan milli komandasında oynaması gündəmdə olan legioner “Sumqayıt Şəhər”lə razılığa gəldiklərini də açıqlayıb: “Martda Azərbaycan yığmasına ilk dəfə cəlb olunmuşdum. Artıq gələn həftə valideynlərimin yanına gedəcəyəm. Onlarla görüşüb, Azərbaycan səfərinə hazırlaşacağam. Yeni klubumla il yarımlıq müqavilə imzalayacağam. Artıq məsələni razılaşdırmışıq. Yalnız bunu rəsmiləşdirmək qalır”.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0