“Bu, onun Azərbaycan yığmasında oynaması üçün bir şansdır”
25.11.2011 - 12:33
“Uğur bizdən xahiş etdi ki, onu qışda buraxaq. Düşünürəm ki, fasilə dövründə onun Azərbaycan klubuna keçidi rəsmiləşəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Dornberq” klubunun baş məşqçisi Hans Verner Frits deyib.
Aşağı dəstə təmsilçisinin çalışdırıcısı komandasının 22 yaşlı yarımmüdafiəçisi Uğur Pamukun karyerasını Azərbaycanda davam etdirməsinə münasibət bildirib. Frits futbolçunun “Sumqayıt Şəhər”ə keçidi üçün hər hansı problem görmür: “Əlbəttə ki, Pamukun transferi üçün müəyyən məbləğ tələb etmək hüququmuz var. Amma bu bizim üçün önəmli deyil. Çünki biz onun peşəkar karyerasını qurmasına əngəl olmaq istəmirik. Yaxşı bilirik ki, bu, onun Azərbaycan milli komandasının da şərəfini qoruması üçün bir şansdır”.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0