Dik Advokat: Azərbaycan milli komandası ilə oyunları razılaşdırmışıq
25.11.2011 - 13:47
Rusiya milli komandası DÇ-2014-ün seçmə mərhələsinin təqvimi ilə bağlı 3 rəqibi ilə razılığa gəlib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın baş məşqçisi Dik Advokat bu gün Lüksemburqda keçirilən təqvimin müzakirəsinə qədər 2012 və 2013-cü illərdə oyunların tarixi ilə bağlı ölkələrin çoxu ilə razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, hələ 2 ölkə heç bir reaksiya verməyib. Hollandiyalı mütəxəssis Portuqaliya və Lüksemburq yığmaların işarə vurub. Onun 3 ölkə deyəndə, Azərbaycan, Şimali İrlandiya və İsrail milli komandaları ilə artıq hər şey razılaşdıqlarını nəzərdə tutduğu bildirilib. Belə ki, millimizin baş məşqçisi Berti Foqts Advokat çox yaxşı tanışdır. Advokat Şotlandiya yığmasını çalışdıranda, Şimali İrlandiya ilə yaxşı əlaqələri yaranıb. İsraillə isə Rusiya Futbol İttifaqı razılığa gəlib.
0
0