“Təqvimin müzakirəsi konstruktiv məcrada gedir”
25.11.2011 - 13:58
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində yer aldığı F qrupunda təqvimin müzakirəsi başlanılıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqun eyni adlı paytaxtında “Park” oteldə həmin ölkə, milli komandamız, Portuqaliya, Rusiya, Şimali İrlandiya, İsrailin nümayəndələrinin iştirakı ilə görüş nəzərdə tutulduğundan 10 dəqiqə tez başlayıb. Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Sergey Fursenko toplantı başlanandan sonra gəlib çıxıb. Hazırda Rusiyanı maraqlarını yığmanın baş məşqçisi Dik Advokat, onun köməkçisi Bert van Marveyk və RFİ-in baş katibin müavini Yekaterina Fedışina təmsil edir.
Sonuncu bildirib ki, təqvimin müzakirəsi qarşılıqlı anlaşma şəraitində keçir: “Hazırda hər şey çox konstruktiv məcrada gedir. Ümid edirik ki, tərəflər FİFA-nın kor püşkü olmadan keçinəcəklər. Baxarıq. Onu qeyd etmək istərdim ki, danışıqların keçirildiyi yerə Sergey Fursenko də gəlib çıxıb”.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0