“Neftçi” hara, Ağdamda xal qazanmaq hara?
25.11.2011 - 14:14
Sabah Premyer Liqanın XIV turunda Azərbaycan derbisi baş tutacaq. Apasport.az saytının məlumatına görə, bu günə qədər “Qarabağ”la “Neftçi” tarixlərində 55 oyuna çıxıblar. Ağdam təmsilçisinin rəsmi internet saytı qarşıdakı derbi ilə maraqlı statistik yazı hazırlayıb
Ağdamdakı qarşılaşma bütün çempionatların iştirakçısı olan komandalar 44-cü derbisi olacaq. Tərəflərin 6-cı dəfə Ağdamda qarşılaşacaqlar. Bütün çempionatların iştirakçısı olan komandalar təbii olaraq 1992-ci ildə baş tutan ilk çempionatda qarşılaşıblar. Sentyabrın 26-da Respublika stadionunda baş tutan , 2000 azarkeşin izlədiyi və Rüstəm Rəhimovun idarə etdiyi qarşılaşmada əyalət təmsilçisindən Zaur Qarayev hesabı açmaqla derbidə ilk qolu vuran futbolçu kimi tarixə düşüb. Ev sahibləri Ərani Beydiyevlə hesabı bərabərləşdirərək ilk dueldə “sülh”ü rəsmiləşdirib.
Oktyabrın 20-sində isə tərəflərin Ağdamdakı ilk mücadiləsi baş tutub. Bu dəfə də Rüstəm Rəhimov fit çaldığı oyunda 1000 tamaşaçı “Qarabağ”ın əzəli rəqibi üzərindəki ilk qələbəsini görüb. Beydiyev bu dəfə də fərqlənsə də Elşad Əhmədov və Mahir Əliyevin qolları meydan sahiblərini sevindirib.
1993-ildəki II çempionatda tərəflər yarışın formatı ilə əlaqədar üz-üzə gəlmədilər. Əvəzində kubokun 1/4 finalında qarşılaşdılar. Aprelin 28-də, Rüstəm Aslanovun idarə etdiyi qarşılaşma bu dəfə də ağdamlıların 2:1 hesablı qələbəsiylə nəticələndi. 3 ay sonra işğal olunacaq Ağdamdakı qarşılaşmanı 5000 azarkeş izlədi. Meydan sahiblərindən Mehman Alışanovla Müşfiq Hüseynov, qonaqlardan isə Samir Ələkbərov fərqləndi.
Bu qarşılaşmadan təxminən 3 ay sonra - iyulun 23-də Ağdam ermənilər tərəfindən işğal olundu. Belə də tərəflərin Qarabağın füsunkar guşəsində çempionat oyunlarını keçirmək mümkün olmadı. Bir də 16 il sonra Ağdamın müvəqqəti inzibati mərkəzi sayılan Quzanlıda növbəti Azərbaycan derbisi baş tutdu. 2009-cu il oktyabrın 18-də çempionatın təsnifat mərhələsində tərəflər qarşı-qarşıya gəldi. Azad Mütəllimovun idarə etdiyi oyunda cəmi 1 qol oldu. Vaqif Cavadovun 40-cı dəqiqədə vurduğu qol 16 illik dönüşün qələbəylə qeyd olunmasına səbəb oldu.
Rəqiblər Ağdamda həmin çempionatın final mərhələsində də qarşıladılar. 2010-cu ilin Aprelin 10-da Adamiya və Rauf Əliyevin qolları “Qarabağ”a 2:0-lıq qələbə qazandırdı.
Nəhayət ötən mövsüm. 2011-ci ilin mayın 13-də tərəflər Ağdamda 5-ci dəfə qarşılaşdılar. Elçin Məmmədovun idarə etdiyi oyunda Adamiyanın het-trikiylə gələn 3:0-lıq qələbə “Neftçi”yə tarixinin 3-cü böyük hesablı məğlubiyyətini yaşatdı.
Beləliklə, 19 illik qarşıdurma tarixində tərəflər Ağdamda 5 dəfə qarşılaşıblar. Bütün 5 qarşılaşmadan “Qarabağ” qələbə ilə ayrılıb. Ümumiyyətlə, Quzanlıda “Neftçi”dən qol buraxmayan ağdamlılar bu seroyanı davam etdirməyə çalışacaq. “Neftçi” isə Ağdamda 18 ildir qol vura bilmir. Bu matçlardakı topların fərqi isə 10:2-dir.

0
0