Rəşad Sadıqov: Demək olar eyni sistem, eyni ardıcıllıqdır
25.11.2011 - 15:51
“Təqvimlə bağlı elə bir istəyim yox idi, elə bir şey arzulamırdım. Necə məsləhət bilmişdilər, elə də müəyyənləşdirdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
Millimizin DÇ-2014-ün seçmə mərhələsində yer aldığı F qrupunun bu gün Lüksemburqda müəyyənləşən təqvimlə bağlı fikirlərini açıqlayan 29 yaşlı müdafiəçi çətin startı qeyd edib: “Demək olar eyni sistem, eyni ardıcıllıqdır. Yenə çətin başlanğıcımız olacaq. İlk 5 oyundan 4-ü səfərdə keçirəcəyik. Növbəti ildə 4 oyunumuz var ki, onun üçü səfərdə olacaq. İsraili qəbul etdikdən sonra Portuqaliya, Rusiya və Şimali İrlandiya yığmasının qonağı olacağıq. Bundan sonrakı ilə isə Lüksemburqla vacib səfər oyunu ilə başlayacağıq. Əlbəttə, belə start asan olmayacaq”.
Rəşad Avro-2012-in seçmə mərhələsinin startını xatırlayıb: “Ötən seçmə mərhələdə də bu cür oldu. Yenə ev oyunlarını çoxu sonraya qalıb ki, bunda çox xal yığmaq imkanımız olacaq. Evdə Türkiyə üzərində qələbədən sonra ardıcıl səfər oyunlarımız oldu. Rəqib meydanındakı matçlarımız bizim üçün uğursuz alındı və bu, futbol ictimaiyyətində milli komandaya qarşı inamsızlıq yaratdı. Həmin səfər matçlarında uğursuz olmasaydıq, daha çox xal yığa bilərdik”.
Sadıqov keçən ilki seçmə mərhələdən nəticə çıxartmağın vacibliyini bildirib: “Həmin təqvim bizim üçün bir təcrübə oldu. Bundan nəticə çıxardıb, ardıcıl səfər oyunlarına daha yaxşı hazırlaşmalıyıq. Əlbəttə, asan olmayacaq. Ancaq bu matçlarda yaxşı oynamağa, güclü rəqiblərə böyük hesabla uduzmamağa, səfərdə heç-heçəyə nail olmağa çalışmalıyıq”.
Mehman SÜLEYMANOV

0
0