Dik Advokat: Azərbaycan yığmasında inkişaf var
25.11.2011 - 17:04
Dik Advokat: Azərbaycan yığmasında inkişaf var
“Kompromisin o qədər də asan əldə olunduğunu deyə bilmərəm. İstər biz, istərsə də digər komandaların nümayəndələri müəyyən məqamlarda güzəştə getdilər və bunun nəticəsində təqvim tərtib olundu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsində rəqiblərindən olan Rusiya millisinin baş məşqçisi Dik Advokat deyib.

Hollandiyalı mütəxəssis növbəti seçmə mərhələnin F qrupunun Lüksemburqda müzakirələr nəticəsində müəyyənləşən təqvimindən sonra fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Qrupumuzdakı oyunların asan keçəcəyini düşünmürəm. Azərbaycan millisinin Türkiyə yığması ilə ev və səfər qarşılaşmalarını xatırladaraq deyə bilərəm ki, komandada inkişaf var. Rusiya yığmasında əsas işimizi 2014-cü ildə keçiriləcək dünya çempionatına qədər güclü komanda yaratmaq istiqamətində qurmuşuq”.
0