Elxan Məmmədov: Bəzi federasiyalar arasında prinsipial məqamlar vardı
25.11.2011 - 17:08
Elxan Məmmədov: Bəzi federasiyalar arasında prinsipial məqamlar vardı
“Müzakirələr maraqlı oldu. Təxminən 2 saatdan bir qədər artıq müddətdə təqvimlə bağlı razılığa gələ bildik”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsindən sonra affa.az saytına fikirlərini açıqlayıb: “Sevindirici haldır ki, baş məşqçi Berti Foqtsla birgə əvvəlcədən planlaşdırdığımıza uyğun gələn bir təqvimin müəyyənləşdirilməsinə nail olduq. Təbii ki, bəzi federasiyalar arasında prinsipial məqamlar vardı. Bununla belə, razılıq əldə olundu. Düşünürəm ki, qrupumuzun favoritləri ilə digər komandalar arasında məsafə baxımından ciddi fərq yoxdur. Yəni bütün komandalar arasında gərgin mübarizə gedəcəyi şübhəsizdir. Əminliklə bildirirəm ki, Azərbaycan milli komandası bütün oyunlarda var gücü ilə mübarizə aparacaq”.
0