Qalib gəldi, meydanın durumundan şikayətləndi
25.11.2011 - 17:14
Qalib gəldi, meydanın durumundan şikayətləndi
“Gərgin oyun oldu. Meydanın futbol oynamaq üçün əlverişsiz olmasına baxmayaraq, hər iki komanda yaxşı təsir bağışladı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov deyib.

O, Premyer Liqanın XIV turunun “Sumqayıt Şəhər”lə oyunu haqda fikirlərini açıqlayıb: “3 xalı biz qazandıq. “Sumqayıt Şəhər” heyəti əsasən gənclərdən ibarət olan yaxşı komandadır. Onlara uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Rəvan” debütantların duelində 1:0 hesabı ilə qalib gəlib.