Sergey Fursenko: Çalışacağıq ki, dostlarımızın xətrinə dəyməyək
25.11.2011 - 17:24
Sergey Fursenko: Çalışacağıq ki, dostlarımızın xətrinə dəyməyək
“Hadisələri taleyin ümidinə buraxmaqdansa, danışıqlar nəticəsində ortaq məxrəcə gəlmək daha məqbul variantdır”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Sergey Fursenkoya məxsusdur.

O, DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsindən sonra fikirlərini açıqlayıb. Fursenko affa.az saytına bildirib ki, razılığa gəlmək elə də çətin olmayıb: “Hamımız kompromisə gedərək, belə demək mümkünsə, bütün tərəfləri qane edən təqvimin hazırlanmasına nail olduq. Bu, vəziyyətdən ən yaxşı çıxış yoludur. Çünki meydançadan başqa hər yerdə danışığa gedərək razılaşmaq lazımdır”.


RFİ-nin prezidenti qrupdakı rəqibləri də fərqləndirməyib: “Qrupdakı oyunların necə nəticələnəcəyi barədə indidən mülahizə yürütmək istəmirəm; son zamanlar komandalar arasında səviyyə baxımından ciddi fərq hiss olunmur”.

O, Rusiya Premyer Liqasında legioner məsələsinə də aydınlıq gətirib: “Rusiya çempionatında çıxış edən legionerlərlə bağlı suala gəlincə, bu məsələ dekabrın 5-də Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Hansı qərarın çıxarılacağı barədə indidən fikir bildirmək mümkün deyil. Çalışacağıq ki, dostlarımızın xətrinə dəyməyək”.