“Lüksemburq və Azərbaycan milliləri arasında oyunlar maraqlı olacaq”
25.11.2011 - 17:27
“Müzakirələrin belə tez başa çatacağını gözləmirdik. Çünki qrupda Portuqaliya və Rusiya millisi kimi güclü komandalar yer alıb”. Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq Futbol Federasiyasının prezidenti Filip Paul deyib.
O, DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsindən sonra affa.az saytına açıqlama verib. Paul bildirib ki, qısa müddət ərzində bütün tərəfləri qane edən nəticənin əldə olunmasına sevinir: “Qrupdakı oyunlar barədə fikirlərimə gəlincə, əlbəttə, kağız üzərində Portuqaliya və Rusiya millisi favoritdir. Şimali İrlandiya yığması ilə ehtiyatlı davranmağa dəyər. İsrail millisindən sürpriz gözləmək olar. Sözün açığı, Azərbaycan millisi barədə geniş məlumatım yoxdur. Bilirəm ki, baş məşqçiniz Berti Foqtsdur. Məncə, Lüksemburq və Azərbaycan milləri arasında oyunlar maraqlı olacaq”.

0
0