Paulu Bentunun Azərbaycana səfərlə bağlı arzusu “ürəyində qaldı”
25.11.2011 - 17:39
“Yetərincə balanslaşdırılmış təqvim alındı. Fikrimcə, bütün tərəflər razı qaldılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu deyib. Azərbaycan milli komandası ilə DÇ-2014-ün seçmə mərhələsində bir qrupda yer alan portuqaliyalılar 2-ci oyunda bizi qəbul edəcək. Bentu ardıcıl səfər oyunlarında millimizə rəqib olmaq istəməyib: “Bizim üçün ardıcı 2 səfər oyununu İsrail, Azərbaycan, yaxud Rusiyaya qarşı keçirməmək vacib idi. Hər halda, bu ölkələr arasında məsafə böyükdür və futbolçular bu halda çox yorulardılar”.
Maraqlıdır ki, Portuqaliya yığması 2013-cü ilin martın 22-26-da ardıcıl 2 səfər matçı məhz İsrail və Azərbaycanla olacaq. Göründüyü kimi, onlar 4 gündə bu 2 oyundan qaça bilməyiblər.
Maraqlıdır ki, Portuqaliya yığması 2013-cü ilin martın 22-26-da ardıcıl 2 səfər matçı məhz İsrail və Azərbaycanla olacaq. Göründüyü kimi, onlar 4 gündə bu 2 oyundan qaça bilməyiblər.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0