Rodriqinyonun dönəcəyi tarix bəllidir
26.11.2011 - 00:04
“Neftçi” klubunun braziliyalı yarımmüdafiəçisi Rodriqinyo ilə bağlı son durum məlum olub. Apasport.az saytının məlumatına görə, vətənində 2 ağır əməliyyat keçirən təcrübəli futbolçu hələ də məşq etmək iqtidarında deyil. Futbolçu müalicəsini vətənində davam etdirir.
Rodriqinyo Çempionlar Liqasının “Tofiq Bəhramov”da keçirilən “Neftçi” – “Dinamo” oyununda ciddi xəsarət alıb. Yaydan etibarən Braziliyada olan Rodriqinyo dekabrda Bakıya qayıdacaq.
Onun Premyer Liqanın təsnifat mərhələsinin görüşlərində meydançaya çıxmayacağı dəqiqdir. Təcrübəli futbolçu ən yaxşı halda, “altılıq” mərhələsinin ortalarında komandasına kömək edə biləcək.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0