Rəşad Sadıqov: “Xəzər Lənkəran”la oyunda iştirak edəcəyəm
26.11.2011 - 00:10
Rəşad Sadıqov: “Xəzər Lənkəran”la oyunda iştirak edəcəyəm
“Əlimdəki gips açılıb. Artıq məşqlərə başlamışam. Komandanın 1-2 hazırlığında iştirak etmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

Milli komandamızın Albaniya yığması ilə yoldaşlıq görüşündən öncə klubunun məşqində qolu qırılan 29 yaşlı müdafiəçi bir müddət əli gipsdə qaldı. Nəticədə 3 həftədir oynamayan Sadıqov yaşıl meydana qayıdışı üçün gələn ayı gözləməli olacaq: “Məşqdə ehtiyatlı davranıram, mübarizələrdə iştirak etmirəm. Əlim gipsdən açılsa da, bərk ağrıyır. Ən azı 2 həftədən sonra oynaya bilərəm. Ola bilər ki, “Turan”la görüşdə meydana çıxdım. Olmasa, “Xəzər Lənkəran”la səfər matçında iştirak edəcəyəm. Allah eləməsin, başqa bir zədə olmasa”.