“İnter” şansı qaçırdı, “Neftçi” lider oldu
26.11.2011 - 19:53
“İnter” şansı qaçırdı, “Neftçi” lider oldu
Bu gün Premyer Liqada XIV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur lider dəyişikliyi ilə əlamətdar olub.

“Neftçi” “Xəzər Lənkəran”ın növbəti xal itkisindən bu dəfə yararlana bilərək,1-ci pilləni prinsipial rəqibinin əlindən alıb. Son 3 oyunda cəmi 2 xal toplayan lənkəranlılar uzun fasilədən sonra liderliyi əldən verib. “Neftçi”nin “Qarabağ”la tarixi derbidə qazandığı 3 xal eyni zamanda Ağdamda ilk qələbəsi kimi tarixə düşüb. Bunu komandanın braziliyalı yarımmüdafiəçisi Flavinyo son dəqiqələrdə vurduğu gözəl qolla reallaşdırıb.

Əslində tura yekun vuran “İnter” qalib gələcəyi halda, üçhakimiyyətlik yaranacaqdı. Sadəcə, “bankilər” həm “Neftçi”yə, həm də “Xəzər Lənkəran”a qalib gəldiyindən, şəxsi oyunlarda üstünlüyünə görə onları qabaqlayacaqdı. Ancaq “İnter” bu şansı qaçıraraq, AZAL-la matçda yalnız məğlubiyyətdən xilas ola bilib. Bununla da komanda ardıcıl 2-ci ev oyununu heç-heçə başa vuraraq, 4 xal itirib. AZAL isə baş məşqçisi Elxan Abdulalyevin istefasından sonra hələ ki uduzmayaraq, 3 oyuna artıq 7 xal yığmağı ilə diqqət çəkir.

Günə start verən “Bakı” - “Qəbələ” görüşü də maraqlı alınıb və meydan sahibləri ardıcıl 3-cü qələbəsini qazanıb. Bununla da son vaxtlar yüksəlişdə olan “zolaqlılar” liderlər qrupuna daha da yaxınlaşıb və xal fərqini 3-ə endirib. “Qəbələ” isə türkiyəli baş məşqçisi Fatih Kavlakın rəhbərliyi altında ilk məğlubiyyətini alıb və “altılıq”da yerini itirib.

25 noyabr


"Simurq" - "Xəzər Lənkəran" - 2:2
QOLLAR: Robertas Poşkus, 64; Rasim Ramaldanov, 82 - Katalin Doman, 20, Antonio Semedo,43
QIRMIZI VƏRƏQƏ: katalin Doman, 80 (ikinci sarı)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Zeynal Zeynalov, Teymur Fərhadov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
Zaqataladakı oyunların balansı: 5 oyun: +0=2-3 (4-8).
2006/07 – 0:1, 2007/08 – 1:1, 2008/09 – 2:2, 2009/10 – 1:2 (təsnifat), 2010/11 – 0:2 (təsnifat).
İlk dövrədəki oyun – 0:1.

"Kəpəz" - "Turan" -1:1
QOL: Junivan Suares, 26 - Seymur Tağıyev, 90
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, İlham Əliyev, Ramil Əhmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 15 oyun: +8=5-2 (30-16)
1992 – 2:1, 1993 – 2:2, 1993/94 – 1:3, 1994/95 – 2:1, 1995/96 – 3:3 (təsnifat), 1996/97 – 1:0, 1997/98 – 3:0, 1998/99 – 1:1 (təsnifat), 1999/00 – 9:0, 2000/01 – 2:1, 2003/04 – 2:0, 2004/05 – 0:3, 2005/06 – 0:0, 2010/11 – 1:1 (təsnifat), 1:0 (“altılıq”)
İlk dövrədəki oyun – 1:3.

"Sumqayıt Şəhər" - "Rəvan" - 0:1
QOL: Şeriff Suma, 18
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, İsgəndər Əliyev, Anar Göyçayski
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Komandalar Sumqayıtda görüşməyiblər.
İlk dövrədəki oyun – 0:0.

26 noyabr


"İnter" - AZAL - 1:1
QOLLAR: Samir Zərgərov, 57 - Tales Şütz, 9
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Mübariz Haşımov, Rauf Cabbarov.
Bakı. "Şəfa" stadionu.
“İnter”in ev oyunlarının balansı: 6 oyun: +2=4-0 (6-3).
2006/07 – 0:0, 2007/08 – 2:0, 2008/09 – 1:0, 2009/10 - 2:2 (təsnifat), 2010/11 – 1:1 (təsnifat), 0:0 (“altılıq”).
İlk dövrədəki oyun – 1:1.

"Qarabağ" - "Neftçi" - 1:2
QOL: Əfran İsmayılov, 64 - Ruslan Abışov, 9, Flavio Aleks Valensio, 88
Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
”Qarabağ”ın ev oyunlarının balansı: 21 oyun: +10=6-5 (24-20)
1992 – 2:1, 1993 -, 1993/94 – 1:0, 1994/95 – 0:0, 1995/96 – 1:1 (təsnifat), 1:2 (“altılıq”), 1996/97 – 2:1, 1997/98 – 1:0, 1998/99 – 1:0 (təsnifat), 1:0 (“altılıq”), 1999/00 – 1:1, 2000/01 - 0:4, 2003/04 – 1:3, 2004/05 – 2:1, 2005/06 – 2:2, 2006/07 – 0:2, 2007/08 – 0:0, 2008/09 – 1:1, 2009/10 – 1:0 (təsnifat), 2:0 (“altılıq”), 2010/11 – 0:1 (təsnifat), 3:0 (“altılıq”).
İlk dövrədəki oyun - 2:3.

"Bakı" - "Qəbələ" - 2:1
QOLLAR: Deividas Çesnauskis, 17; Uinston Parks, 28 - Serge Djehioua, 88 (pen)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu.
Bakıdakı oyunların balansı: 6 oyun: +5=1-0 (11-2).
2006/07 – 1:0, 2007/08 – 3:0, 2008/09 – 2:0, 2009/10 – 2:0 (təsnifat), 1:1 (“altılıq”), 2010/11 – 2:1 (təsnifat).
İlk dövrədəki oyun – 0:0.

 KomandaOQHMQollarXallar
1Neftçi1491423-1128
2Xəzər Lənkəran1484220-1528
3İnter1475212-826
4Bakı1474322-1225
5Qarabağ1463517-1421
6Rəvan1446417-1718
7Qəbələ1453614-1818
8AZAL1445518-1717
9Simurq1444613-1516
10Kəpəz1434717-2313
11Turan143299-2111
12Sumqayıt Şəhər142397-189