Junior Xaviyer azarkeşlərdən dəstək istədi
26.11.2011 - 10:03
Junior Xaviyer azarkeşlərdən dəstək istədi
“Qəbələ”yə qarşı bizi çox çətin oyun gözləyir. Rəqib güclüdür, bu oyuna ciddi hazırlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın futbolçusu Junior Xaviyer deyib.

Braziliyalı yarımmüdafiəçisi klubunun rəsmi saytına açıqlamasında bildirib ki, bu gün baş tutacaq “Bakı” – “Qəbələ” matçında qalib gəlməyə çalışacaqlar: “Meydanda yalnız qələbə naminə çıxıb, 3 xal üçün mübarizə aparacağıq. İnanıram ki , bu oyunda da komandamızın azarkeşləri meydanda bizi tək qoymayacaqlar. Onlar son qarşılaşmalarda olduğu kimi “Qəbələ”yə qarşı oyunda da bizə maksimum dəstək verəcəklər”.

Qeyd edək ki, “Bakı” – “Qəbələ” görüşü saat 13:30-da start götürəcək.