408 min avroluq kömək - FOTO
26.11.2011 - 12:13
408 min avroluq kömək - FOTO
“Barselona”nın prezidenti Sandro Rossel xeyriyyə auksionunda iştirak edib. Apasport.az saytının məlumatına görə, Çində keçirilən tədbirdə 1000-ə yaxın adam iştirak edib.

Burada cəmi 408 min avro vəsait toplanıb və əldə olunan vəsait fiziki imkanları məhdud olan çinlilərə yardım etməyə yönəldilib.

Belə ki, Kataloniya təmsilçisinin əsas heyətinin bütün üzvlərinin imzası olan futbol geyimi 210 min avro, onların oynadıqları futbol topu 70 min avroya satılıb. Bundan əlavə, “Nou Kamp”da keçiriləcək Çempionlar Liqasının oyununa 4 nəfərlik səfər isə 128 min avro gəlir gətirib.
0