Futbolçular uçuruma düşdü
27.11.2011 - 13:31
Toqo futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, Afrika ölkəsinin aparıcı klublarından olan “Etual Filant” komandasının avtobusu şossedən dərəyə aşıb. Baş verən hadisə nəticəsində 6 futbolçu dərhal ölüb. Lakin ölənlərin sayı hər an artır. Çünki avtobusdakı 30-dan artıq adamın durumu kritikdir. Komanda paytaxt Lomedən 160 km aralıda aşıb. Buna təkərin partlaması səbəb olub. Şinin ani partlaması nəticəsində sürücü də nəzarəti itirib və avtobus uçuruma yuvarlanıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0