104 günlük hakimiyyətə son
27.11.2011 - 14:28
Prenyer Liqanın XIV turu liderin dəyişməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, şəxsi oyunlardakı üstünlüyə əsasən lider olan “Neftçi” mövsümdə ilk dəfə 1-ci pilləyə qalxıb.
Ötən mövsümün çempionu cari çempionatda lider olan 3-cü komandadır. Turun gedişində, yəni ilk günün oyunların sonrakı turnir cədvəllərini nəzərə almayıb, yalnız tursonrası nəticələrə baxsaq “Neftçi”yə qədər yalnız AZAL və “Xəzər Lənkəran” lider mövqeyində qərarlaşıb. ilk turda zirvəni ələ keçirən “təyyarəşilər” avqustun 14-də “Xəzər Lənkəran”a uduzaraq liderliyi onlara vermişdi. Həmin vaxtdan ardıcıl 12 tur hamıdan yüksəkdə olan “Xəzər Lənkəran” indi hakimiyyəti “Neftçi”yə verib. Cənubluların başa çatan hakimiyyəti 104 gün davam edib.

0
0