“Braziliyalılar gözlədiyimiz kimi oynamadılar”
27.11.2011 - 16:20
Naxçıvanın “Araz”futzal klubunun kapitanı Rizvan Fərzəliyevin apasport.az saytına müsahibəsi.
- İlk növbədə Barselona şəhərində keçirilən Çempionlar Liqasının elit mərhələsi haqqında danışaq. İştirakınızla baş tutan üç oyun barədə hansı fikirdəsiniz?
- Birinci görüşdə Hollandiyanın “Eyndhoven” klubu ilə qarşılaşdıq. İlk oyunlarda həmişə ifrat həyəcanı və məsuliyyət olur. Buna baxmayaraq, rəqib üzərində 5:3 hesabı ilə qələbə qazandıq. İkinci görüşdə Çexiyanın “Era Park” təmsilçisi ilə münasibətləri ayırd etdik. Biz oyunu pressinqlər üzərində qururuq. Ardıcıl iki oyunda pressinq tətbiq etmək çətin gəldi, açığı yorulduq. Rəqib bundan istifadə edib, qələbə qazandı. Qrupun favoriti “Barselona” olsa da, biz onlardan zəif təsir bağışlamadıq. Onlarla 2:2 oynadıq. Halbuki, qələbə üçün olduqca böyük şanslarımız var idi. Əgər onları üstələsəydik, növbəti mərhələyə çıxırdıq. Amma yarışa erkən vida etmək məcburiyyətində qaldıq. Bu, qismətdir.
- “Barselona” ilə heç-heçəni qəbul edirik. Amma “Era Park”a uduzduğuna görə, komandanı bağışlamaq olmur...
- Düzü “Era Park”a uduzmamalı idik. Lakin məğlubiyyətlə barışdıq. Bu, bizə çox pis təsir göstərdi. Bilmirəm hansısa səbəbdən oyunumuz alınmadı. Braziliyalı futzalçılar gözlədiyimiz oyunu sərgiləmədilər. Odur ki, çətinliklə üzləşdik. Lakin “Barselona” ilə oyunumuzu da yaddan çıxarmaq olmaz. Bu oyunu təqribən 10-dən çox rəqib azarkeş izləyirdi. “Araz” hesabı bərabərləşdirəndə rəqib komanda, eləcə də onun azarkeşləri çaşıb qalmışdı.
- Azarkeş və yeni gələn oyunçular məsələsinə yaxşı toxundunuz. Azərbaycan çempionatının oyunlarında demək olar ki, komandanın oyunçularından və məşqçilər korpusundan başqa salonda heç kim olmur. Güclü azarkeş olan yerdə oynamaq sizə nə dərəcədə çətinlik yaratdı?
- Bəli, sizinlə razıyam. Çempionatın oyunlarında həqiqətən də az adam olur, bəzən olmur. Amma beynəlxalq oyunlarda bizi tək qoymurlar. Dekabrın 15,16 və 19-da milli komandanın beynəlxalq oyunları var. Azarkeşlərimizə inanırıq ki, dünya çempionatının qrup oyunlarında bizi dəstəkləyəcəklər.
- Avropa oyunları öncəsində heyətdə ciddi dəyişikliklərə getmək adətən uğur gətirmir. Avropadakı uğursuz çıxışı yalnış qurulan strategiyanın nəticəsi kimi qələmə vermək olarmı?
- Oyunçuların dəyişdirilməsi, yeni futzalçıların gətirilməsi məşqçi və rəhbərliyin səlahiyyətindədir. Bəli mən razıyam ki, indiki heyət əvvəlkindən zəifdir. Əvvəl biz 2-3 il bir yerdə olan futzalçılarla mübarizə apardığımızdan oyunumuz alınırdı. Düzdür, Çempionlar Liqasına görə, Tyaqonu Küveyt klubundan icarəyə götürdük. Amma bu da əvvəlki kimi oynamadı. Nədənsə, zəif çıxış etdi. Yerli oyunçulara gəldikdə, məşqçi çalışır ki, taktikasını onlara başa salsın. Fikrimcə, vaxt azlığından bu iş tam baş tutmadı. Bir şeyi də nəzərə almaq lazımdır ki, bizim indiki braziliyalılar nə Avropa Liqalarında nə yığma səviyyəsində məsuliyyətli turnirə qatılmışdılar. Bunun özü də bir az çətinlik yaratdı. Dediyim məqam bütün oyunlarda görsənirdi.
- Taktika məsələsini tez-tez gündəmə gətirdiniz. Belə bir qənaətə gəlmək olarmı ki, baş məşqçi Aleiso da Silva sizdən oynaya bilməyəcəyiniz səviyyədə çıxışı tələb edirdi?
- Belə demək də olmaz. Fikrimcə, məşqçinin taktikası düzgündür. Braziliya İspaniya kimi məşhur komandalar da bizimlə eyni stildə oynayırlar. Sadəcə olaraq, təzə gələnlər bu taktikanı öyrənə bilmədilər. Odur ki, təzələr bizə köməklik etmədilər.
- “Araz”ın Azərbaycan çempionatında özü səviyyəsində rəqibi çox azdır. Odur ki, milli çempionatın oyunlarına ürəyi rahat şəkildə çıxır. Mövcud durum yəqin ki, Avropada zəif çıxışınızın başlıca səbəblərindən biridir. Siz necə fikirləşirsiniz?
- Azərbaycan çempionatında bizimlə oynaya biləcək 2 komanda var. “Neftçi” və “Ekol”. Onlarla da çempionat ərzində 2-3 dəfə qarşılaşırıq. Daxili çempionatda məsuliyyətli oyunların sayı nə qədər çox olsa, yığma və klub səviyyəsində səfərə gedəndə hiss edirsən ki, sən çempionatda oynayıb gəlmisən. Razıyam ki, bizdə çempionat istənilən, arzuolunan səviyyədə deyil.
-
- “Araz”ın əsas heyətində yenə 1-2 nəfər də olsa, yerli futzalçı çıxış edir. Azərbaycan yığmasının əsasını isə legionerlər təşkil edir. Bu, yerli futzalçılara necə təsir edir, ümumiyyətlə bu düzgündürmü?
- Dekabr ayında baş tutacaq yarışlarda mənə elə gəlir ki, yerli futzalçıların sayı çox olacaq. Mən, Vitali Borisov, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə indi yaxşı formadayıq. İndiki yerli futzalçılarımız səviyyə baxımından heç də əcnəbilərdən geri qalmırlar.
- Həmin əcnəbilərin içində arada özünü Braziliya yığmasında oynayırmış kimi hiss etmirsiniz? Vaxt olub ki, həqiqətən də əsas heyətdə yerli futzalçılardan yalnız siz oynamısınız...
- Onlarla çox oynadığıma görə, bir az mənim üçün rahat idi. Əvvəl legioner daha çox idi. İndi isə formada olan yerli uşaqlarımız da az deyil. Sözsüz ki, kimi oynadacağını baş məşqçidən başqa heç kim bilmir.

0
0