Azərbaycan yığmasına 3 qol vuran futbolçu intihar etdi
27.11.2011 - 19:36
Uels futbolu yığmanın əfsanələrindən birini itirib. Apasport.az saytının məlumatına görə, uzun illər milli komandada və İngiltərə klublarında çıxış edən Qari Spid ölüb. Bu gün səhər saatlarında onun meyiti tapılıb.
Ölümünədək Uels yığmasının baş məşqçisi olan 42 yaşlı veteran futbolçunun intihar etdiyi ehtimaL olunur. Məşqçinin ailəsi hadisə ilə bağlı açıqlama verməyə tələsmir.
Qeyd edək ki, yığmada 85 oyun keçirib 7 qol vuran Spid son 3 qolunu Azərbaycan yığmasına vurub. O, 2002-ci il noyabrın 20-də və 2004-cü il sentyabrın 4-də Bakıda, 2003-cü il martın 29-da Kardiffdə yığmamızın qapısına yol tapıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0