Vaqif Cavadov “11”lə kifayətləndi
28.11.2011 - 10:23
Vaqif Cavadov “11”lə kifayətləndi
Rusiya Premyer Liqasında 2011/12 mövsümünün 2011-cü ilə aid hissəsi başa çatıb. Apasport.az saytının məlumatına görə, 32-ci turdan sonra komandalar fasiləyə yollanıblar. Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Nijni-Novqorodun “Volqa” klubu fasiləyə 14-cü pillədə yollanıb. 32 oyundan sora hesabında 28 xal olan komanda yalnız 2 autsayderi qabaqlayır.

Cavadov isı bu 32 oyunda yalnız 11-də iştirak edib. Cəmi 4 dəfə start heyətində yer alan futbolçumuz ümumilikdə 576 dəqiqə meydanda olub. Qol üzünə həsrət qalan 22 yaşlı hücumçu yalnız 2 sarı vərəqə ilə “fərqlənib. Onun iştirak etdiyi matçlarda “Volqa” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə uduzub.