Vaqif Cavadov sevimli qiymətini aldı
28.11.2011 - 10:42
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov sevimli qiymətini alıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzeti “Volqa” klubunda oynayan 22 yaşlı hücumçumuzun bu ilin son turunda “Krılya Sovetov”a səfərdə 0:1 hesabı ilə uduzduqları səfər matçında çıxışını 5,5 balla qiymətləndirib. Həmin oyunda Cavadovun komandasına ən yüksək qiymət 6, ən aşağı 5 verildiyini nəzərə alsaq, 5,5 orta sayılmalıdır. Ümumiyyətlə, “Sport-Ekspress” Vaqifə son oyunlarda bir qayda olaraq 5,5 bal verir və bu dəfə də ənənəsinə sadiq qaldı.
Qeyd edək ki, Cavadov Samaradakı matçda start heyətində meydana çıxaraq, 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Cavadov Samaradakı matçda start heyətində meydana çıxaraq, 77-ci dəqiqədə əvəzlənib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0