Milli komandamızın rəqibi təqvimdən 3 milyon dollar irəli düşəcək
28.11.2011 - 10:34
Azərbaycan milli komandasının yer aldığı DÇ-2014-ün seçmə mərhələsində təqvimi rəqiblərimizdən olan İsrail yığmasına 3 milyon dollar pul qazandıracaq. Apasport.az saytının məlumatına görə, oyunların ardıcıllığını sifarişli hesab edən İsrail Futbol Federasiyası qrupumuzun aşkar favoritlərindən olan Portuqaliya və Rusiya yığmalarını seçmə mərhələnin əvvəlində qəbul etməkdən bu qədər məbləğdə irəli düşəcəklər. Belə ki, bu cür güclü, heyətində məşhur futbolçular olar rəqiblərlə görüşə bilet və abonement satışı ən azı 3 milyon dollar gəlir zəmanət edir. İsrail yığmasının ev oyunlarına 20 mindən az abonementin satılmayacağı hesab olunur. O, növbəti seçmə mərhələdə rəqiblərini Ramat-Qandakı milli stadionda qəbul edəcək.
Qeyd edək ki, millimiz DÇ-2014-də ilk oyununu evdə məhz İsrail yığması ilə keçirəcək. Bu, 2012-ci ilin sentyabrın 7-də olacaq. İsraillilər bundan 1 il sonra – 2013-ün sentyabrın 6-da yığmamızı qəbul edəcək.
Qeyd edək ki, millimiz DÇ-2014-də ilk oyununu evdə məhz İsrail yığması ilə keçirəcək. Bu, 2012-ci ilin sentyabrın 7-də olacaq. İsraillilər bundan 1 il sonra – 2013-ün sentyabrın 6-da yığmamızı qəbul edəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0